Rusiya prezidentinin mətbuat katibi ER-nin KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də keçirilən iclaslarında iştirak etməməsinə toxunub.
“Əlbəttə, biz təəssüf edirik ki, Ermənistan sabah yüksək səviyyəli sammitdə iştirak etməyəcək, ümid edirik ki, işçi, ekspertlər səviyyəsində iştirak olacaq. Təbii ki, biz Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Xatırladaq ki, Paşinyan, Papikyan, Mirzoyan, Simonyan KTMT tədbirlərində iştirak etməyəcək.