Türkiyə Ermənistandan sülh, təhlükəsizlik və rifaha yönəlmiş bir siyasət gözləyir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, Ermənistan başda “Zangezur dəhlizi”nin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır.