Britaniyanın “The Telegraph” qəzeti Dağlıq Qarabağdakı vəziyyətə toxunaraq, Avropanın astanasında demək olar ki, hiss olunmayan humanitar böhranın durmadan gücləndiyini qeyd edib.
Müəllif Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Dağlıq Qarabağ ermənilərinə qarşı Azərbaycan tərəfindən soyqırım hazırlanması ilə bağlı xəbərdarlığını xatırladıb.
“The Telegraph” bununla bağlı britaniyalı deputat Tim Lottonla söhbət edib. O qeyd edib ki, bu Azərbaycanın etnik təmizləmə proqramının tərkib hissəsidir və Azərbaycanın əməlləri soyqırım adlandırılmasının bir addımlığındadır.
Louton həmçinin qeyd edib ki, Böyük Britaniya Azərbaycanın hərəkətlərini kifayət qədər qınamayıb və hakimiyyəti Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.