Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar məsələləri üzrə koordinatoru Con Kirbi brifinq zamanı bəyan edib ki, ABŞ Laçın dəhlizinin kommersiya, humanitar və şəxsi avtomobillər üçün bağlanmasından dərin narahatdır.
“Biz o dəhlizin yenidən açılmasını istəyirik. Biz Azərbaycan hökumətini kommersiya, humanitar və şəxsi avtomobillərin dəhlizdən sərbəst keçidini mümkün qədər tez bərpa etməyə çağırmaqda davam edirik”, - deyə Kirbi bildirib.
O əlavə edib ki, Birləşmiş Ştatlar regionda dinc yolla nizamlanması və gərginliyin azalması, eləcə də Laçın dəhlizinin açılmasına kömək etmək üçün iştirakını davam etdirəcək.