Almaniyanın “Die Zeit” qəzeti Azərbaycanın Dağlıq Qarabağı blokadaya almasına toxunaraq qeyd edib ki, Dağlıq Qarabağın dünya ilə əlaqəsi kəsilib, ərzaq, dərman bura çatmır, yanacaq çatışmazlığından təcili yardım maşınları olmadığından xəstələr xəstəxanaya piyada gedirlər.
Supermarketlərin rəfləri boşdur, insanlar çörək üçün saatlarla növbəyə dururlar, amma heç vaxt onu ala bilmirlər. Artıq hamilə qadınlara tibbi yardım göstərilmir və düşük sayları artır.
“Dağlıq Qarabağda bu günlərdə kiminlə danışırsansa, həmişə 20-ci əsrin qorxulu sözlərini eşidirsən: soyqırım, etnik təmizləmə. Bu xalq öz iztirablarını Osmanlı İmperiyasının 1,5 milyona qədər ermənini məhv etdiyi 1915-ci ilin tarixi təcrübəsi ilə əlaqələndirir”, - məqalədə vurğulanır.
Müəllifin fikrincə, Azərbaycanın diktatoru Əliyev “separatçıları” hədələyir, öz ölkəsində yaşamaq və ya ölkədən çıxmaq tələbi ilə çıxış edir.
“Dağlıq Qarabağda yaşayan ermənilərin qorxuları, deyəsən, təsdiqini tapır. İndi bütün dünya onların Azərbaycanın hakimiyyəti altında olacağı halda, bunun necə fəlakətə düçar olacağını görür”, – Die Zeit-in məqaləsində deyilir.