Qlobal Müdafiə Məsuliyyəti Mərkəzi blokada nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana toxunub.
“Humanitar yardımın qəsdən və qeyri-qanuni olaraq rədd edilməsi hərbi cinayətlər və insanlığa qarşı cinayətlər təşkil edə bilər”, - deyə mərkəzin bəyanatında bildirilir.
Mərkəz Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanı Laçin dəhlizi vasitəsilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək məcburiyyət edən qərarına istinad edir.
“Azərbaycan hakimiyyəti dərhal Laçin dəhlizini açmalı və dəhlizdən mülki əhalinin və yüklərin maneəsiz və təhlükəsiz keçidini təmin etməli, həmçinin beynəlxalq hüquq normalarına və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq humanitar yardımların maneəsiz çıxışına təminat verməlidir. Dövlətlər bütün tərəflərlə gələcək dialoqa getməli, eləcə də Avropa Şurası Parlament Assambleyasının humanitar vəziyyəti qiymətləndirmək üçün müstəqil faktaraşdırıcı missiyanın yaradılması ilə bağlı çağırışlarını dəstəkləməlidirlər”, - bəyanatda qeyd olunur.