Baş nazir Nikol Paşinyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Həmsöhbətlər Brüssel və Kişinyovda keçirilən üçtərəfli və beştərəfli görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Baş nazir Paşinyan onların ardıcıl icrasının vacibliyni vurğulayıb.
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana, beynəlxalq zəmanətli dialoq mexanizmi altında Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həlli ilə bağlı məsələlərə toxunulub.
Baş nazir Paşinyan Ermənistan tərəfinin mövcud əsas məsələlərin həlli ilə bağlı yanaşmalarını təqdim edib.