Mayın 5-də ER-in Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vağarşak Harutyunyan ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi ilə görüşüb. Bu barədə Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Görüş zamanı həmsöhbətlər 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarının qeyd-şərtsiz yerinə yetirilməsini vurğulayaraq, Cənubi Qafqazda sabitliyin bərqərar olması, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
Səfirlər mayın 1-dən 4-dək ABŞ-da keçirilən üçtərəfli danışıqların əhəmiyyətini vurğulayıblar.
Harutyunyan həmkarının diqqətini Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü nəticəsində regiondakı vəziyyətə, eləcə də Dağlıq Qarabağdakı böhranlı vəziyyətə yönəldib. O, Laçın dəhlizinin qanunsuz blokadasının üçtərəfli bəyanatın 6-cı maddəsinə zidd olduğunu vurğulayıb.
Həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.