ER parlamentinin sədri Alen Simonyan Ankarada brifinq zamanı Yerevanda Nemesis əməliyyatına həsr olunmuş abidənin açılışına toxunub.
“Abidənin qoyulmasına Türkiyədə belə reaksiya verildiyi üçün təəssüflənirəm. Bu məsələni türkiyəli həmkarımla da müzakirə etmişəm. Bu qərarı yerli özünüidarəetmə orqanları qəbul etmişdi və mən istəmirəm ki, abidənin qoyulması burada Ermənistanın xarici siyasətinin təzahürü kimi qəbul edilsin”.
Alen Simonyan onu da vurğulayıb ki, Ermənistanda dövlət xarici siyasətini baş nazir və xarici işlər naziri həyata keçirir və son aylarda o səviyyədə qəbul edilən qərarları hər kəs görür.
“Biz başa düşməliyik ki, istəsən, münasibətləri pisləşdirmək üçün həmişə səbəblər tapmaq olar. Türkiyəyə gəlməmək üçün min müxtəlif səbəb tapa bilərdim. Amma mən Türkiyə cəmiyyətinə Ermənistanın sülhə və ilkin şərt olmadan münasibətlərin nizamlanmasına hazır olduğunu göstərmək üçün buradayam”.