Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında gələn həftə Moskvada mümkün görüşlə bağlı sualı cavablandırarkən deyib ki, “bəzi planlar” müzakirə olunur, lakin “tələsməməyə” çağırıb, RİA Novosti yazır.
Bundan əvvəl Paşinyan gələn həftə Moskvaya səfər etmək niyyətini açıqlamışdı.
“Hələlik müəyyən proqramlar müzakirə olunur. Müzakirə bitən kimi açıqlama verəcəyik”, – Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.