Rumıniyanın energetika naziri Vircil Daniel Popesku ilə görüşdən sonra Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Budapeşt və Buxarest Azərbaycandan təbii qaz almağa ümid edirlər.
“Macarıstan və Rumıniyanın taleyi təbii qaz təchizatının təhlükəsizliyi baxımından bir-biri ilə bağlı olacaq, çünki biz bir tərəfdən Azərbaycandan təbii qaz alacağımıza ümid edirik, digər tərəfdən də dəniz yataqlarından hasilata başlanması üçün gözləyirik ”, - dey’ Siyarto bildirib.
O bildirib ki, Macarıstan və Rumıniya iki ölkənin qaz kəmərləri sistemlərini birləşdirən keçidin ötürücülük qabiliyyətini 2,5 milyard kubmetrə çatdırıb. Bundan əlavə, Qara dəniz təbii qazını Macarıstan sərhədinə gətirə biləcək boru xəttinin çəkilməsi barədə qərar qəbul edilib.