Son bir gündə Rusiya sülhməramlı kontingentinin cavabdeh olduğu ərazidə Azərbaycan silahlı qüvvələri tərəfindən Geğarkunik bölgəsinin Sotk rayonunda atəşkəs rejiminin bir pozuntusu qeydə alınıb, nəticədə Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusu yaralanıb. Bu barədə avqustun 7-də Rusiya Federasiyasının MN-nin yaydığı məlumatda deyilir.
“İnsident Rusiya Federasiyasının sülhməramlı komandanlığının Azərbaycan və Ermənistan tərəfləri ilə əməkdaşlığı nəticəsində aradan qaldırılıb. Təmas xəttinin pozulmasına yol verilməyib”, - deyə məlumatda bildirilir.