Mayın 4-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Martakert bölgəsinin Haterk qəsəbəsində və Şahumyan bölgəsinin Aknaberd icmasında olub.
Dövlət başçısı yerli əhali və bölgələrin rəhbərliyi ilə görüşüb, icmalardakı mövcud problemləri, həll yollarını və bir sıra digər məsələləri müzakirə edib.
Təhlükəsizlik mühitinə toxunan Harutyunyan bir daha vurğulayıb ki, Artsax Respublikası Müdafiə Ordusu, Ermənistan Respublikası, Rusiya sülhməramlı qoşunlarının səylərini birləşdirərək bu sahədəki problemləri həll etməyə çalışır və bütün problemlərin sülh yolu ilə nizamlanmasını dəstəkləyir.
"Artsax Respublikasının beynəlxalqcasına tanınması gündəmdə olub və qalmaqdadır" – deyə Artsax Prezidenti qeyd edib.