ABŞ Dövlət Departamenti amerikalıları ciddi təhlükəsizlik riskləri səbəbindən mövcud nəqliyyat vasitələrindən istifadə edərək bir sıra ölkə və əraziləri dərhal tərk etməyə çağırıb.
Bu barədə ABŞ Dövlət Katibinin Konsulluq Məsələləri üzrə köməkçisi Mora Namdar məlumat verib.
Bu ölkələrin siyahısına Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza, Qərb Şəriyəsi, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən daxildir.