Sentyabrın 9-da Ermənistan Respublikası Parlamentinin sədr müavini Ruben Rubinyan İran Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.
“Dost İranla qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlər Ermənistan üçün böyük əhəmiyyət kəsb edir və qarşılıqlı səfərlər fəal dialoq və sıx əməkdaşlığı davam etdirməklə, ikitərəfli gündəliyin daha əhatəli olmasına kömək edir”, - Rubin Rubinyan bildirib.
Tərəflər son regional hadisələri müzakirə ediblər.
Vahid Cəlalzadənin xahişi ilə Ruben Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin təfərrüatlarını təqdim edib.