ABŞ-ın dövlət katibi Marko Rubio EWTN-ə müsahibəsi zamanı digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sülh prosesindən də danışıb.
"Geniş mənada sülhə gəlincə, prezident sülhə sadiqdir və sülhün prezidenti olmaq niyyətindədir. Biz Hindistan və Pakistanın necə müharibəyə getdiyini gördük və prezident onların arasında sülhə nail ola bildi. Bu yaxınlarda Kamboca və Tailand idi, indi isə Azərbaycan və Ermənistandır. Cümə günü biz burada saziş imzalamaq və sülh sazişinin əsasını qoymaq üçün burada olacağıq", - deyə ABŞ dövlət katibi EWTN-nin The World Over müxbiri Raymond Aroyonun imzalanma ilə bağlı sualını cavablandırıb.
O xatırladıb ki, Konqo Demokratik Respublikası və Ruanda 30 illik müharibə aparıb, 7 milyon insan həlak olub və ABŞ onları sülh sazişi imzalamaq üçün Vaşinqtona gətirə bilib.
"Əlbəttə, bunun üçün iş lazımdır, sülh əbədi deyil. Biz həmişə ona doğru çalışmalı və onu qorumalıyıq", - Marko Rubio əlavə edib.
ABŞ dövlət katibi Marko Rubio Ermənistan-Azərbaycan sülh prosesi haqqında