Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü alqışlayıb.
"Sizi yenidən Brüsseldə görməkdən çox şadam, hörmətli Nikol Paşinyan. Siz Ermənistanın sülh və sabitliyə dərin sadiqliyini nümayiş etdirdiniz.
Əlaqələrimiz hər zamankindən daha sıxlaşdıqca, Aİ-nin Sabitlik və İnkişaf Gündəliyi Ermənistanın gələcəyinə strateji sərmayədir”, - fon der Leyen X səhifəsində yazıb.