Baş nazir Nikol Paşinyan iyulun 14-də Brüsselə işgüzar səfərə gedib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bu gün Avropa Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Layen ilə üçtərəfli görüş planlaşdırılır.
Nikol Paşinyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos və Belçikanın baş naziri Bart De Veverlə də görüşəcək.