Mayın 22-də Ermənistan Respublikasının Macarıstandakı səfiri Aşot Smbatyan Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Tristan Azbe ilə görüşüb. Sonuncu həm də Macarıstan tərəfində Ermənistan-Macarıstan iqtisadi əlaqələrinə cavabdeh olan həmsədrdir. Bu barədə Ermənistan Respublikasının Macarıstandakı səfirliyi məlumat yayıb.
“İkitərəfli münasibətlərlə bağlı bir sıra siyasi və iqtisadi məsələlər müzakirə olunub”, - məlumatda deyilir.