Bazar ertəsi Avropa mediası xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin prezidenti Si Tsinpin son vaxtlar ABŞ prezidenti Donald Trampa zəng etməyib.
“Mən bildiyimə görə, iki ölkə liderləri arasında son vaxtlar telefon danışığı olmayıb”,- Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tsiakun Pekində keçirdiyi mətbuat konfransında deyib.
Ötən həftə Tramp Çin prezidenti ilə dəfələrlə əlaqə saxladığını bildirib. Amma müxbirin Çin mallarına əlavə rüsumlar tətbiq etdikdən sonra Si Tsinpinlə danışıb-danışmadığını soruşduqda, Amerika lideri bu məlumatı şərh etmək niyyətində olmadığını bildirib.
Çin Xarici İşlər Nazirliyi də Trampın administrasiyasının üzvlərinin Pekinlə rüsumlarla bağlı danışıqlar aparması ilə bağlı açıqlamasını təsdiqləməyib.