ER Parlamentinin sədri Alen Simonyan Erməni Soyqırımının 110-cu ildönümü münasibətilə müraciət edib. Müraciətdə deyilir:
“Əziz həmvətənlər,
24 aprel milli yaddaşımızda ən ağır və kədərli günlərdən biridir. Bu gün biz sadəcə erməni olduqlarına görə soyqırımın qurbanı olmuş bir milyon yarım günahsız erməninin xatirəsini yad edirik.
Erməni Soyqırımı tarixin dərin yarasıdır və bu gün də ədalətin səsi ilə səslənir. Bizim öhdəliyimiz keçmişin dərslərinə əsaslanan və davamlı gələcəyə yönəlmiş vahid, güclü və sülhsevər Ermənistan qurmaqdır.
Biz baş verənləri unutmuruq, amma yaddaşın yalnız ağrı və yas mənbəyinə çevrilməsini istəmirik. Bu, bizi gələcək addımlarımızda daha əzmkar və uzaqgörən etməlidir.
Biz bütün qurbanların xatirəsi önündə baş əyir, dövlətçiliyimizin qorunmasına, sülhün qiymətləndirilməsinə, nəsillərimizin ləyaqətli gələcəyinin təmin olunmasına yenidən özümüzü borc bilirik.
Günahsız qurbanların xatirəsinə ehtiram”.