• Հայ
  • Eng
  • РУС
  • Az
Ermənistan BMT Sülh Quruculuğu Komissiyasının Təşkilat Komitəsinin üzvü seçilib Ermənistan BMT Sülh Quruculuğu... 11:12
Donald Tramp Nikol Paşinyana təşəkkür məktubu göndərib Donald Tramp Nikol Paşinyana... 14:36
Ermənistanın ilk peyki Armsat-1 öz missiyasını başa vurur Ermənistanın ilk peyki Armsat-1... 12:39
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Bütün səylər yönəlib ki, “bir daha heç vaxt” şüardan reallığa çevrilsin։ XİN bəyanatı
Siyasət
09:0524 Apr, 2025

Bütün səylər yönəlib ki, “bir daha heç vaxt” şüardan reallığa çevrilsin։ XİN bəyanatı

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Erməni Soyqırımının 110-cu ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Bu gün, Erməni Soyqırımının 110-cu ildönümündə soyqırımı nəticəsində həlak olmuş 1,5 milyon erməninin xatirəsini ehtiramla yad edirik. Osmanlı İmperiyasının mövcudluğunun son dövründə erməni xalqının əhəmiyyətli bir hissəsi, o cümlədən uşaqlar, qadınlar, qocalar milli mənsubiyyətinə görə məhv edilmiş, maddi sərvətləri mənimsənilmiş, minilliklərə aid zəngin tarixi-mədəni irsinin əhəmiyyətli hissəsi məhv edilmişdir.

Məhz, eyni zamanda, Erməni Soyqırımı kimi cinayətlərin qarşısının alınması imperativinin həyata keçirilməsi Soyqırımı cinayətinin hüquqi cəhətdən müəyyənləşdirilməsi zərurətinə səbəb oldu ki, bu da 1948-ci il BMT-nin “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında” Konvensiyasının qəbul edilməsində özünü göstərdi.

Lakin təəssüf ki, Mets Yeğern (Böyük Soyqırım) nəinki 20-ci əsrin bəşəriyyətə qarşı son cinayəti olaraq qalmadı, biz XXI əsrdə də nifrət, irqi və etnik dözümsüzlük əsasında yeni kütləvi cinayətlərin şahidi olmaqda davam edirik.

Ermənistan bu cür cinayətlər üzrə tendensiyaların erkən aşkarlanması, onlara operativ reaksiya verilməsi, bu cinayətlərin qarşısının alınması və aradan qaldırılması istiqamətində təşəbbüslərdə fəal iştirak etməkdə davam edir.

2015-ci ildə Ermənistanın səyləri ilə dekabrın 9-u BMT-nin beynəlxalq günlər siyahısına Soyqırımı cinayəti qurbanlarının anma və ləyaqət günü və bu cinayətin qarşısının alınması günü kimi daxil edilib.

Əvvəlki illərdə qəbul edilmiş qətnamələrin davamı olaraq, 2024-cü ildə, həmçinin aprel ayında BMT İnsan Hüquqları Şurasının 55-ci sessiyasında Ermənistanın təqdim etdiyi “Soyqırımın qarşısının alınması” adlı qətnamə konsensusla qəbul edilib. Bütün bu səylər yönəlib ki, “bir daha heç vaxt” şüardan reallığa çevrilsin”.

Ermənistan Respublikası bu gün keçmişi xatırlayır və gələcəyə baxır, gələcək nəsillər üçün tolerantlıq, hörmət, insan hüquqlarının və sülhün qorunması dəyərlərinə əsaslanan ayrı-seçkilik və zorakılıqdan azad bir mühit yaratmağa çalışır”.

 

Baxışların sayı252
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Rusiya Gürcüstanla sabit münasibətlər axtarır: Kalugin 11:2316 Dek, 2025
  • Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londona səfər edəcək 10:0816 Dek, 2025
  • Brüsseldə Ermənistan-Aİ tərəfdaşlığının bütün əsas nailiyyətlərini müzakirə etdik։ Mirzoyan 16:3315 Dek, 2025
  • Ermənistan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir։ ER XİN 16:1415 Dek, 2025
  • Mirzoyan Aİ Xarici İşlər Nazirləri Şurası formatı çərçivəsində keçirilən görüşdə iştirak edib 16:1115 Dek, 2025
  • ER xarici işlər nazirinin müavini Ər-Riyadda “TRIPP Yolu” layihəsini təqdim etdi 15:1515 Dek, 2025
  • ABŞ və Ukrayna sülh danışıqlarının ilk günündə irəliləyiş əldə ediblər: Vitkoff 12:5415 Dek, 2025
  • Hambardzum Matevosyan Aİ komissarı Cessica Rosval ilə əməkdaşlıq və COP17-yə hazırlıq məsələlərini müzakirə edib 11:3015 Dek, 2025
  • Xİ nazirinin müavini ER-nin regionda davam edən nizamlanma proseslərinin daha da irəliləyişinə sadiqliyini bir daha təsdiqləyib 23:3914 Dek, 2025
  • Respublika Prezidenti Aşqabadda bir sıra ölkələrin prezidentləri ilə danışıqlar aparıb 11:3713 Dek, 2025
  • Ermənistan BMT Sülh Quruculuğu Komissiyasının Təşkilat Komitəsinin üzvü seçilib 11:1213 Dek, 2025
  • Vahan Kostanyan Benilüks xarici işlər nazirliklərinin siyasi direktorları ilə görüşüb 17:1812 Dek, 2025
  • Daxili işlər naziri Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə Komissarı ilə görüşüb 16:2212 Dek, 2025
  • Vahaqn Xaçaturyan Türkmənistanda Neytrallıq Memorialı Kompleksinin önünə əklil qoyub 15:3612 Dek, 2025
  • Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə beynəlxalq konfransda iştirak etdim: Paşinyan 14:2912 Dek, 2025
  • Avropa Komissiyasının sədri Trampı Avropa demokratiyasına qarışmamağa çağırıb 12:1012 Dek, 2025
  • Vahaqn Xaçaturyan İraq prezidenti ilə görüşüb: TRIP-in həyata keçirilməsinin və bütün kommunikasiya kanallarının tam fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb 10:2012 Dek, 2025
  • Səfir Narek Mkrtçyan və Dhruva Caişankar əməkdaşlıq imkanlarını müzakirə ediblər 09:2412 Dek, 2025
  • Avrasiya Hökumətlərarası Şurasının dar çərçivəli iclası başlayıb 16:3311 Dek, 2025
  • Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərdədir 15:3511 Dek, 2025
  • Paşinyan Moskvada keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək 14:4911 Dek, 2025
  • Vahaqn Xaçaturyan Türkmənistanda işgüzar səfərdə olacaq 14:1911 Dek, 2025
  • Tayland-Kamboca sərhədində döyüşlər davam edir 12:3711 Dek, 2025
  • Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və sərhədlərin açılması artıq tamamilə fərqli bir kontekst götürüb: Paşinyan 10:3311 Dek, 2025
  • Təklif edirəm ki, Azərbaycanla birgə yol xəritəsi qəbul edək və eyni zamanda “Qərbi Azərbaycan” və “Qarabağ ermənilərinin qayıdışı” mövzularını bağlayaq: Baş nazir 08:4811 Dek, 2025
  • Nikol Paşinyan EUREF Kampus Berlin elm və texnologiya mərkəzini ziyarət etdi 17:3710 Dek, 2025
  • Hindistan Ermənistanı güclü, regionu isə sülh içində görmək istəyir: Səfir Sinha 17:1510 Dek, 2025
  • Yerevan Bakının Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyinin sülh prosesinə zidd olması iddialarını təkzib edir. 15:4710 Dek, 2025
  • Alen Simonyan Bakıda saxlanılan əsirlərin qaytarılması məsələsinə toxunub 14:0410 Dek, 2025
  • Alen Simonyan Bakıda “3+3” formatında mümkün görüşdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etmir 13:4310 Dek, 2025
  • Düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də delimitasiya edəcəyik: Alen Simonyan 13:2810 Dek, 2025
  • Son tarix haqqında danışmaq nankor bir işdir: ER Parlamentinin sədri sülh müqaviləsinin imzalanmasına toxunub 13:1310 Dek, 2025
  • Bizim strategiyamız ondan ibarətdir ki, Ermənistan kənardan kömək olmadan regionda yaşaya biləcək bir ölkəyə çevrilsin: Paşinyan 12:2410 Dek, 2025
  • Robert Abisoğomonyan və BMT baş katibinin müavini “BMT80” təşəbbüsü çərçivəsində planlaşdırılan islahatlarla bağlı fikir mübadiləsi aparıblar 10:5910 Dek, 2025
  • Narek Mkrtçyan konqresmen Tomas Ken ilə görüşüb: ER-ABŞ münasibətlərinin cari gündəminə toxunulub 09:0710 Dek, 2025
  • Baş nazir Nikol Paşinyan bir qrup alman iş adamı və iqtisadi assosiasiyaların nümayəndələri ilə görüşüb 08:0010 Dek, 2025
  • Tbilisidə Ermənistan və Gürcüstan parlamentlərinin sahə komitələrinin üçüncü birgə iclası keçirilib: TRIPP layihəsi də təqdim olunub 16:2609 Dek, 2025
  • Azərbaycan-NATO əlaqələri peşəkar hərbi kadrların yetişməsinə dəyərli töhfə verir: Həsənov 15:0709 Dek, 2025

Bütün müəllif hüquqları qorunur.

© 2025 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015