Ermənistan Respublikası Parlamentinin vitse-spikeri Hakob Arşakyan və İran İslam Respublikası Məclisinin vitse-spikeri Həmid-Rza Hacı Babai ilə görüş keçirib.
Tərəflər Ermənistan və İran arasında çoxtərəfli əlaqələrin vacibliyini vurğulayıblar. Görüş zamanı Hakob Arşakyan qeyd edib ki, Ermənistan İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri yüksək qiymətləndirir.
O, çətin geosiyasi şəraitdə Ermənistanın etibarlı dostlarının olmasının son dərəcə vacib olduğunu və iki ölkə arasında əməkdaşlığın regional sabitliyin qorunmasında əsas rol oynadığını vurğulayıb.
Hakob Arşakyan iki ölkə arasında artan siyasi və diplomatik əlaqələrin təzahürü kimi son diplomatik mübadilələr, o cümlədən İran-Ermənistan Parlament Dostluq Qrupu və İran xarici işlər nazirinin Ermənistana səfərindən danışıb.
Tərəflər infrastruktur, enerji və ticarət kimi iqtisadi sektorlarda fəal əməkdaşlığın vacibliyini, Ermənistanın Avropa və Şimala tranzit marşrutu kimi strateji mövqeyini, həmçinin İranın Fars körfəzi, Hindistan və Şərqi Asiya ilə həyati əlaqələrini bir daha təsdiqləyiblər.
Bu kontekstdə Hakob Arşakyan Ermənistanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını daim dəstəklədiyinə görə İrana minnətdarlığını bildirib.
"Bizim Ermənistanla yaxşı münasibətlərimiz var və qarşılıqlı əlaqə və əməkdaşlığı davam etdirməyə hazırıq. Biz dostlarımızın hüquqlarının yanındayıq", - Həmid-Rza Hacı Babayi qeyd edib.