Almaniya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə əldə olunmuş razılaşmaya toxunub.
“Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılığa gəlməsi ilə bağlı məlumatlar ümid doğurur. Onilliklər boyu davam edən düşmənçilik və müharibədən sonra dayanıqlı sülhün indi əlçatan olması faktı həm region, həm də onun hüdudlarından kənarda vacibdir”,- deyə o yazır.
“Uzun danışıqlardan sonra Ermənistanın irəliyə atdığı cəsarətli addımlarla iki ölkəni müşayiət etdiyimiz yolda bu son addım atılır. Mən tərəfləri sülh müqaviləsini imzalamağa çağırıram”,- deyə Almaniya Xarici İşlər Nazirliyinin X mikrobloqunda nazir Analena Berbokun adından dərc edilmiş bəyanatda deyilir.