Avropa Parlamentində “Azərbaycan tərəfindən erməni girovların, o cümlədən Dağlıq Qarabağın yüksək səviyyəli siyasi nümayəndələrinin qanunsuz həbsləri və saxta məhkəmələri” adlı müzakirə baş tutub.
Polşanı təmsil edən iştirakçı Mixal Şçerba müzakirənin lazımi vaxtda təşkil olunduğunu bildirdi.
“Dağlıq Qarabağı itirəndən sonra Ermənistan hakimiyyəti xarici siyasətinin istiqamətini dəyişmək qərarına gəlib. Əgər biz Ermənistanın Qərbə daha da inteqrasiyası barədə düşünürüksə, onlarla iqtisadi əlaqələrimizi dərinləşdirməliyik.
Biz Ermənistanda daha fəal və görünür olmalıyıq. Biz həmçinin mülki missiyanın fəaliyyətini genişləndirməliyik", - deyən Şerba qeyd ədərək əlavə edib ki, bu halda Aİ-nin vasitəçi rolunu oynaya biləcək.
O, həmçinin vurğulayıb ki, Bakıda saxlanılan ermənilərin işgəncələrə məruz qalması ilə bağlı daxil olan məlumatlar diqqətdən kənarda qala bilməz.
"Biz Avropa dəyərləri, insan ləyaqəti və qanunun aliliyi üçün mübarizə aparmalıyıq", - Avropa Parlamentinin deputatı qeyd edib.