Avropa Parlamentində “Azərbaycan tərəfindən erməni girovların, o cümlədən Dağlıq Qarabağın yüksək səviyyəli siyasi nümayəndələrinin qanunsuz həbsləri və saxta məhkəmələri” adlı müzakirə baş tutub.
Kipri təmsil edən Geadis Geadi bəyan edib ki, “Azərbaycanın Dağlıq Qarabağa hücumundan bir ildən çox vaxt keçib və ermənilər hələ də yaralarını sağalda bilmirlər”. Onun sözlərinə görə, ermənilərə qarşı repressiyalar davam edir.
“Təəssüf ki, Əliyev rejimi nəinki beynəlxalq hüquqa və insan hüquqlarına hörmət etmir, həm də Ermənistan ərazisini qeyri-qanuni işğal etməkdə davam edir”, - Avropa Parlamentinin deputatı qeyd edib və Aİ-ni demokratik dəyərləri qorumağa çağırıb.
Onun sözlərinə görə, Aİ beynəlxalq cinayətkar olan Azərbaycan və Türkiyəyə qarşı möhkəm dayanmalıdır.
“Ermənilərə, yunanlara və kiprlilərə qarşı həyata keçirilən etnik təmizləməyə son qoymalıyıq”, - Geadi yekunlaşdırıb.