Türkiyə prezidenti hökumətin iclasından sonra müzakirə olunan məsələləri təqdim edib. Rəcəb Ərdoğan İqdır-Naxicevan qaz kəmərinin açılışında Azərbaycan prezidenti İlham Əliyevlə onlayn şəkildə iştirak etdiyini xatırladaraq kəmərin ən azı 30 il Naxicevanı qazla təmin edəcəyini qeyd edib.
Ərdoğan bildirib ki, Əliyevlə görüş zamanı bir sıra mühüm məsələlər, o cümlədən Ermənistanla sülh danışıqları üzrə məsləhətləşmələr aparılıb.
Türkiyə prezidenti Suriyadakı vəziyyətə də toxunub və qeyd edib ki, Ankara ədalətsizliyi və terroru pisləyir.
"Eyni zamanda, biz Suriya hakimiyyətinə mövcud gərginliyi ən qısa zamanda aradan qaldırmaq üçün lazımi məsləhətləri veririk. Suriya prezidenti Əhməd Əl-Şaraa revanşizmi istisna edən əhatəli siyasət yürüdür. Ümid edirik ki, Suriya çoxdan gözlənilən sabit sülh və təhlükəsizliyə tezliklə nail olacaq. Suriya məsələsinə gəlincə, heç kimin bizə mühazirə oxumağa haqqı yoxdur", - Ərdoğan bildirib.
O, Avropanın təhlükəsizlik məsələlərinə də toxunaraq qeyd edib ki, avropalı tərəfdaşlar Türkiyənin dəyişmiş dünyada rolunu anlamalı və öz strategiyalarını hazırlayarkən bunu nəzərə almalıdırlar. Türkiyə prezidentinin sözlərinə görə, Ankara Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmağa çalışır, əsas diqqətini tamhüquqlu üzvlük hədəfinə yönəldir.