Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan X mikrobloqunda İsveçin şəhərlərindən birində baş verən kütləvi atışma ilə bağlı başsağlığı yazıb.
“İsveçin Örebro şəhərində baş verən kütləvi atışma məni dərindən sarsıtdı. Ermənistan günahsız vətəndaşların həyatına son qoyan bu faciəli hadisə ilə üzləşmiş İsveçlə həmrəy olduğunu bildirir. Həlak olanların ailələrinə başsağlığı verirəm və bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, - o yazıb.
İsveçin Örebro şəhərində məktəbin yanında yerləşən təlim mərkəzində baş verən atışma nəticəsində 10-a yaxın adam ölüb.