ER iqtisadiyyat naziri Gevorq Papoyan fevralın 4-də İtaliyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Ferrantini qəbul edib. Görüşdə nazir müavini Narek Hovakimyan da iştirak edib.
Görüşün əvvəlində nazir səfiri vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona iki ölkənin davamlı iqtisadi inkişafının təmin edilməsinə yönəlmiş bütün təşəbbüslərdə uğurlar arzulayıb.
Tərəflər Ermənistan və İtaliya arasında iqtisadi sahədə ən perspektivli istiqamətlər, iqtisadiyyatın şaxələndirilməsi çərçivəsində ixrac və idxal imkanları, ikitərəfli ticarət dövriyyəsinin həcminin artırılması, texnologiyaların müasirləşdirilməsi, ticarətin genişləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər və iqtisadi əlaqələr müzakirə olunub.
Nazir Gevorq Papoyan qeyd edib ki, Ermənistan xarici investisiyaları təşviq edir.
Səfir Alessandro Ferranti İtaliya Ticarət və İnvestisiya Agentliyinin (Agenzia ICE) Ermənistanda açılmasının planlaşdırıldığını açıqlayıb.
Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunub.