• Հայ
  • Eng
  • РУС
  • Az
Sülh gündəminin reallaşması yolunda Ermənistan vətəndaşlarının birmənalı və sarsılmaz dəstəyimiz var: Paşinyan Sülh gündəminin reallaşması yolunda... 13:01
Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib Armen Abazyan Milli Təhlükəsizlik... 09:18
Ermənistan və Hindistan Xİ nazirləri hindistanlı tələbələrin Ermənistan ərazisi vasitəsilə İrandan təxliyyə edilməsi imkanlarını müzakirə ediblər:  XİN-in sözçüsü Ermənistan və Hindistan Xİ... 11:45
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Ermənistan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət
17:3622 May, 2024

Ermənistan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Mayın 22-də Madriddə Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Paruyr Hovhannisyanın və İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin xarici və qlobal əlaqələr üzrə dövlət katibi Dieqo Martinez Belionun rəhbərliyi ilə Ermənistan və İspaniyanın xarici departamentləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə ER XİN məlumat yayıb.

Tərəflər ikitərəfli gündəliyin geniş spektrini müzakirə edərək, iqtisadiyyat, yüksək texnologiyalar, mədəniyyət, təhsil, turizm və digər sahələrdə potensialın olduğunu vurğulayıblar. İki ölkənin çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətinə istinad edilib. Həmsöhbətlər ER-Aİ tərəfdaşlığının daha da dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Nazir müavini Paruyr Hovhannisyan ispan həmkarlarına Ermənistanın Cənubi Qafqazda davamlı sülhə nail olmaq baxışını və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində əsas məsələlər üzrə Ermənistanın mövqelərini təqdim edib. Nazir müavini vurğulayıb ki, 1991-ci ildə Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və delimitasiya prosesində maksimum aydınlığın təmin edilməsinin vacibliyini vurğulayıb.

Paruyr Hovhannisyan regional nəqliyyat və iqtisadi proqramlarla bağlı məsələlərə toxunub və bu kontekstdə ER hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsini təqdim edib.

İki ölkənin beynəlxalq gündəlikdəki məsələlərə yanaşmaları ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında vaxtaşırı məsləhətləşmələrin keçirilməsini vurğulayıblar.

 

Baxışların sayı71
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • İran Təl-Əviv sakinlərini təxliyə etməyi əmr etdi: BBC 16:0518 İyn, 2025
  • ABŞ fond indeksləri artan geosiyasi gərginliyə görə ucuzlaşıb 15:3518 İyn, 2025
  • Sülh gündəminin reallaşması yolunda Ermənistan vətəndaşlarının birmənalı və sarsılmaz dəstəyimiz var: Paşinyan 13:0118 İyn, 2025
  • Səfərin gündəliyi ilə bağlı birgə bəyanat olacaq: Paşinyan Türkiyəyə səfər barədə 12:4318 İyn, 2025
  • Bu, Ermənistan Respublikasının daxili işlərinə birbaşa müdaxilədir: Alen Simonyanın Solovyova cavabı 11:2418 İyn, 2025
  • Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib 09:1818 İyn, 2025
  • Biz sübut etdik ki, heç vaxt qırmızı xətlərimizdən kənara çıxmayacağıq: İran səfiri 17:2517 İyn, 2025
  • Təcavüzü dayandırmaq üçün BMT Təhlükəsizlik Şurası müdaxilə etməlidir: İranın Ermənistandakı səfiri 16:5317 İyn, 2025

Bütün müəllif hüquqları qorunur.

© 2025 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015