• Հայ
  • Eng
  • РУС
  • Az
Ermənistanın ilk peyki Armsat-1 öz missiyasını başa vurur Ermənistanın ilk peyki Armsat-1... 12:39
AB Ermənistanın AB-Ermənistan Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planını təqdim edir AB Ermənistanın AB-Ermənistan Viza... 14:13
Artur Davtyan dünya vitse-çempionu Artur Davtyan dünya vitse-çempionu 12:00
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Ermənistan və Azərbaycan sərhəd xəttinin ayrı-ayrı hissələrini ilkin olaraq razılaşdırıblar
Siyasət
17:1419 Apr, 2024

Ermənistan və Azərbaycan sərhəd xəttinin ayrı-ayrı hissələrini ilkin olaraq razılaşdırıblar

2024-cü il aprelin 19-da Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sərhəddə Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:

• Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

• Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

• Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

• Paralel olaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

• Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

• Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanmışdır. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılması qərara alınıb.

 
Baxışların sayı694
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • ABŞ nümayəndə heyəti Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək: Tramp 14:0408 Noy, 2025
  • Ermənistanın ilk peyki Armsat-1 öz missiyasını başa vurur 12:3908 Noy, 2025
  • XİN başçısı Ermənistan-Səudiyyə Ərəbistanı Dostluq Qrupunun nümayəndə heyətini qəbul edib 17:1007 Noy, 2025
  • Tramp Qazaxıstanın İbrahim Sazişlərinə qoşulduğunu elan etdi 14:0907 Noy, 2025
  • TRIPP layihəsi Mərkəzi Asiya ölkələri arasında ticarətin artmasına kömək edəcək və region xalqlarına kömək edəcək:Tramp 11:4007 Noy, 2025
  • Hindistan Müdafiə Nazirliyinin Müdafiə İşləri üzrə Birgə Katibi Erməni Soyqırımı Memorial Kompleksini ziyarət etdi 17:0206 Noy, 2025
  • Xəritədə Ermənistanın olduğu, amma Azərbaycan olmadığı ortaya çıxa bilər: Paşinyan Əliyevin bəyanatı ilə bağlı 14:0706 Noy, 2025
  • Alen Simonyan və Səudiyyə Ərəbistanı nümayəndə heyəti ikitərəfli əməkdaşlığı müzakirə etdilər 13:3606 Noy, 2025
  • Qazaxıstan taxılını Ermənistana daşıyan yük qatarı Bakının Biləcəri dəmir yolu stansiyasından yola düşüb 11:4406 Noy, 2025
  • Ermənistan və ALADI üzv dövlətləri arasında bir sıra sahələrdə əməkdaşlıq imkanları müzakirə edildi 11:1606 Noy, 2025
  • Armen Qriqoryan və Sergey Şoyqu Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər 17:2305 Noy, 2025
  • Ermənistan bu yolu ən sürətli keçib: Aİ rəsmisi 16:3505 Noy, 2025
  • AB Ermənistanın AB-Ermənistan Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planını təqdim edir 14:1305 Noy, 2025
  • Xahiş edərdim ki, infrastrukturun Ermənistanın cənubundan keçəcək hissəsi üçün “dəhliz” ifadəsini işlətməyəsiniz: Mirzoyan türkiyəli jurnalistə 13:0205 Noy, 2025
  • ER Xİ nazirinin müavini və Qətərin Xİ naziri Fələstin və Suriyadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıblar 12:4605 Noy, 2025
  • Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri arasında əlaqələr və təmaslar çox vacibdir: Mirzoyan 12:1005 Noy, 2025
  • Gürcüstan və İranla əla münasibətlərimiz var, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləməyə çalışırıq: Mirzoyan 11:2805 Noy, 2025
  • Sülh Ermənistan və Azərbaycana öz suverenliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir: Mirzoyan 11:1405 Noy, 2025
  • Qarşılıqlı fayda sülh müqaviləsinə daimilik verəcəkdir: Mirzoyan 10:5605 Noy, 2025
  • Baş nazir Ermənistan-Türkiyə münasibətləri haqqında danışıb 14:0704 Noy, 2025
  • Razılaşmaların həyata keçirilməsi nəticəsində İran Qara dənizə və əksinə tranzit marşrutu əldə edəcək: Paşinyan 13:2004 Noy, 2025
  • Ermənistan və Çin arasında imzalanan strateji tərəfdaşlıq sənədi münasibətlərimizin yeni səviyyəsini göstərir: Paşinyan 12:3704 Noy, 2025
  • Baş nazir “Sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” mövzusunda konfransda iştirak edir 10:1804 Noy, 2025
  • Azərbaycanda neft hasilatı azalır 16:2703 Noy, 2025
  • Ermənistan öz ehtiyaclarına uyğun olaraq silah və hərbi texnika almağa davam edəcək։ Nazir 16:2003 Noy, 2025
  • Argentina Qanunvericilik Orqanının nümayəndələri Erməni Soyqırımı Memorialını ziyarət etdilər 16:0303 Noy, 2025
  • Təhlükəsizlik Şurasının katibi Avropa Komissiyası prezidenti ilə görüşüb 14:2303 Noy, 2025
  • Ermənistan və Misir xarici işlər nazirlərinin müavinləri Cənubi Qafqazdakı proseslərlə bağlı fikir mübadiləsi aparıblar 13:0403 Noy, 2025
  • Tramp Ukraynaya Tomahawk raketləri verməyi planlaşdırmır: BBC 11:5003 Noy, 2025

Bütün müəllif hüquqları qorunur.

© 2025 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015