ER XİN-in sözçüsü Ani Badalyan bildirib ki, bundan sonra Ermənistan Lüksemburqda daimi diplomatik nümayəndəliyə malik olacaq.
“Mən Ermənistanın Lüksemburqda daimi diplomatik mövcudluğunu elan etməkdən məmnunam. Bu gündən etibarən ER-nin Belçika və Avropa İttifaqındakı nümayəndəliyinin diplomatlarından biri Ermənistan-Lüksemburq tərəfdaşlığının daha da genişlənməsinə töhfə vermək üçün daimi olaraq Lüksemburqda olacaq”, - Badalyan özünün “X” (keçmiş Twitter) mikrobloqunda qeyd edib.