• Հայ
  • Eng
  • РУС
  • Az
Ermənistan və Hindistan Xİ nazirləri hindistanlı tələbələrin Ermənistan ərazisi vasitəsilə İrandan təxliyyə edilməsi imkanlarını müzakirə ediblər:  XİN-in sözçüsü Ermənistan və Hindistan Xİ... 11:45
Ararat Mirzoyan Abbas Araqçı ilə telefon danışığı aparıb Ararat Mirzoyan Abbas Araqçı... 13:37
Ermənistanda təbii radioaktiv fonda heç bir dəyişiklik yoxdur: Nüvə və Radiasiya Təhlükəsizliyi Mərkəzi Ermənistanda təbii radioaktiv fonda... 12:00
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Azərbaycan İHM İnstitutunun bu günlərdə Bakının Artsaxa qarşı cinayət əməllərinə bəraət qazandırmaqla məşğul olduğunu görmək təəssüf doğurur: Qeğam Stepanyan
Region
15:5510 Mar, 2023

Azərbaycan İHM İnstitutunun bu günlərdə Bakının Artsaxa qarşı cinayət əməllərinə bəraət qazandırmaqla məşğul olduğunu görmək təəssüf doğurur: Qeğam Stepanyan

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili İnstitutunun Səbinə Əliyevanın timsalında real insan hüquqlarının müdafiəsi missiyasına sadiq qalmaq və kütləvi pozuntuları pisləmək əvəzinə, bu günlərdə Azərbaycanın Artsaxda humanitar böhrana və günahsız qurbanlara səbəb olan cinayət əməllərinə bəraət qazandırmaqla məşğul olduğunu görmək təəssüf doğurur. Bu barədə Artsax İHM Geğam Stepanyan öz “Facebook” səhifəsində yazıb. 

“Artsaxı “Qarabağın iqtisadi rayonu” adlandıran və onu əsl adı ilə çağırmağa cəsarəti çatmayan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili  hətta dünyanın ən yüksək məhkəməsi olan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınan Dağlıq Qarabağın mövcudluğuna məhəl qoymur. Səbinə Əliyevanın Artsax ermənilərinin fundamental hüquqlarını inkar edən bu qəsdən yanaşması bir daha sübut edir ki, Artsaxın qondarma “reinteqrasiya”sı birbaşa Artsaxın yerli xalqının etnik təmizlənməsinə və soyqırımına yol açacaq.

Səbinə Əliyeva bu cür absurd və siyasiləşmiş bəyanatları ilə hüquq müdafiəçisi institutunu və onun əsl məqsədini gözdən salır. O, qərəzsiz və ədalətli qurum olmaq əvəzinə, öz mandatından Azərbaycan dövlətinin təbliğat maşınının maraqlarına xidmət etmək üçün istifadə edir, Əliyev avtoritar rejiminin alətlər dəstində daha bir alətə çevrilir.

İnsan Hüquqları üzrə Müvəkkilinin mandatının resurslarını Artsax haqqında yalan məlumatların yayılmasına sərf etmək əvəzinə, mən Səbinə Əliyevanı Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyəti və onların geniş miqyasda pozulması ilə yaxından tanış olmağa, həmçinin AİHM və Beynəlxalq Cinayət Məhkəməsinin Azərbaycana aid edilən bir çox qərar və tədbirlərinin lazımi qaydada icrası məsələləri ilə məşğul olmağa çağırıram.

Həmçinin beynəlxalq təşkilatların diqqətini Azərbaycanın İsan Hüquqları üzrə Müvəkkilinin insan hüquqlarını qorumaqdan uzaq və əksinə, insanların fundamental hüquqlarının pozulmasına haqq qazandırmaq üçün istifadə edilən fəaliyyətinə cəlb edirəm”, - deyə Stepanyan yazıb.


 

Baxışların sayı138
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Biz sübut etdik ki, heç vaxt qırmızı xətlərimizdən kənara çıxmayacağıq: İran səfiri 17:2517 İyn, 2025
  • Təcavüzü dayandırmaq üçün BMT Təhlükəsizlik Şurası müdaxilə etməlidir: İranın Ermənistandakı səfiri 16:5317 İyn, 2025
  • İsrail sülh yolu ilə həll yoluna getmək və vasitəçilikdən istifadə etmək istəmir: Peskov 16:0617 İyn, 2025
  • Hindistan 110 vətəndaşı Ermənistan vasitəsilə İrandan təxliyə edilib: XIN mətbuat katibi 15:2317 İyn, 2025
  • Paşinyan Türkiyəyə səfər edəcək 15:1817 İyn, 2025
  • Müdafiə Nazirliyinin nümayəndə heyəti Vyanadadır 14:1417 İyn, 2025
  • Xarici İşlər Nazirliyində keçirilən görüşdə Fransanın Syunikdə fəxri konsulunun ofisinin açılışı vurğulanıb 12:3517 İyn, 2025
  • Ermənistan və Hindistan Xİ nazirləri hindistanlı tələbələrin Ermənistan ərazisi vasitəsilə İrandan təxliyyə edilməsi imkanlarını müzakirə ediblər: XİN-in sözçüsü 11:4517 İyn, 2025
  • İsrail Ordusu İran Silahlı Qüvvələrinin baş qərargah rəisini zərərsizləşdirib 11:3217 İyn, 2025
  • İran böhranının həlli regionda gərginliyin azalmasına səbəb olmalıdır: G7 09:0017 İyn, 2025

Bütün müəllif hüquqları qorunur.

© 2025 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015