Ermənistana işgüzar səfərə gələn Yunanıstan parlamentinin nümayəndə heyəti sentyabrın 27-də Erməni Soyqırımı Memorialını ziyarət edib.
Yunanıstandan olan nümayəndə heyətinin üzvləri əbədi məşəl önünə gül dəstələri qoyub, Erməni Soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
![](https://www.1lurer.am/attachments/images/309594034_460215329466180_339589289183564560_n.jpg)
Onlar həmçinin Erməni Soyqırımı Muzeyinə baş çəkib, daimi və müvəqqəti sərgilərlə tanış olublar.
![](https://www.1lurer.am/attachments/images/309428159_460215399466173_4302614780882553777_n.jpg)
Səfərin sonunda nümayəndə heyətinin üzvləri Fəxri qonaqların xatirə kitabına qeydlər ediblər.
![](https://www.1lurer.am/attachments/images/309593247_460215579466155_6791843406942500455_n.jpg)