ER Xİ Naziri Ara Ayvazyan ATƏT Təhlükəsizlik Əməkdaşlıq Forumunda çıxış edib.
O qeyd edib ki, Ermənistan Forumda son 17 ildə ikinci dəfə sədrlik edir: “Ermənistan, bu gün ATƏT məkanında bir sıra amillər üzündən təhlükəsizlik, sülh və sabitliyin hər zamankindən daha çox təhlükə altında olduğu bir vaxtda Forumun sədrliyini öz üzərinə götürür.
Müharibə riskinin azalmasına toxunan Ara Ayvazyan qeyd edib: “Keçən il Türkiyə və onun dəstəklədiyi xarici silahlı terrorçuların bilavasitə iştirakı ilə Azərbaycan tərəfindən güc tətbiqi 44 gün davam etdi, bu da Artsaxda minlərlə insanların ölümünə, hərbi cinayətlərə, etnik təmizlənməsinə və on minlərlə köçkünlərə səbəb oldu.
Azərbaycan nəinki güc tətbiqinə haqq qazandırır, həm də münaqişəni güc yolu ilə həll etdiyini və yerində yeni reallıqlar yaratdığını iddia edir. Güc tətbiq etməklə yaradılan reallıqlar qanuni ola bilməz, çünki hər münaqişə və böhran vəziyyətində müharibə üçün əlverişli şərait yaradırlar.
Belə böhran vəziyyətin baş verməsi açıq şəkildə nümayiş etdirir ki, təşkilat əsas dəyərlərini, prinsiplərini və öhdəliklərini qoruya bilməyib.
ATƏT, ən böyük regional təhlükəsizlik təşkilatı olaraq öz prinsiplərinin qorunmasında və terrorizmlə, xüsusən xarici silahlı terrorçuların meydana çıxması ilə mübarizədə qəti olmalıdır”.